Alfonso Deyvisin “Real”a transferi yubanır. “Bayern”dən ayrılıb Madridə yollanacağı uzun müddətdir müzakirə olunan cinah müdafiəçisi yekun qərarını verməyib.

Futbolinfo.az xəbər verir ki, münhenlilər keçidin reallaşması üçün 50 milyon avro tələb edir. Liberiya əsilli kanadalı Almaniyada qalmaq istəmədiyndən transfer mümkün görünür. Amma “Real” qiyməti aşağı salmağa çalışır. Bu məsələdə “Bayern”i çətinə salan oyunçunun yeni müqavilə bağlamaq istəməməsi və gələn yay azad agent kimi əldən çıxmaq qorxusudur. Münhenlilər hələ də 23 yaşlı oyunçunun fikrini dəyişib qalmaq qərarı verəcəyinə ümid edir.

“Milan”dan Teo Ernandesin transferi məhz bu səbəbdən uzanır. Fransalıya Deyvisə xələf gözü ilə baxılır və 26 yaşlı futbolçunun Bundesliqaya köçməsi məhz kanadalının gedişindən asılıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp