Fransada keçirilən “Rolan Qarros” turnirində ilk yarımfinalçılar müəyyənləşib. Novak Cokoviçin zədəsi ciddi olduğuna görə Kasper Ruud oynamadan yarımfinala yüksəlib. Serbiyalı tennisçi bugünkü oyuna çıxmaqdan imtina edib.

Dünən keçirilən digər ¼ final oyunlarında isə favoritlər qalib gəliblər. Həm Yannik Sinner, həm də Karlos Alkaras 3 setdə qələbə qazanıblar. Sinner Dimitrovu, Alkaras isə Tsitsipası məğlub edib. Daha bir yarımfinalçı bu gün keçiriləcək Zverev – Minor görüşündən sonra məlum olacaq.

Qeyd edək ki, Cokoviçin kənarda qalmasından sonra dünya reytinqinin lideri dəyişib. Yeni həftədən reytinqə Yannik Sinner başçılıq edəcək. Bu vaxta qədər heç bir italiyalı tennisçi dünya reytinqinin zirvəsində olmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp