“Səbail” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Adil Nağıyevlə müqavilənin müddəti başa çatıb. Onunla yeni sözləşmə imzalanmayıb.

Nağıyev 2019-cu ildən “dənizçilər”in uğurları üçün çalışıb. Klub daha əvvəl Ağabala Ramazanovla da vidalaşıb. Adil özü daha öncə bu klubdan ayrıldığını sosial şəbəkə hesabında paylaşsa da, “Səbail” bu barədə yalnız bu gün rəsmi açıqlama yayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp