İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Seria A təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Antonio Konteyə tapşırılıb.

Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

54 yaşlı italiyalı mütəxəssis son olaraq 2023-cü ildə İngiltərədə “Tottenhem”də işləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp