“Zirə” klubunun yay hazırlıq planı bəlli olub.

Futbolinfo.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası iyunun 14-dən iyulun 4-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək.

“Zirə” burada üç yoxlama oyunu keçirəcək. Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də oynanılması nəzərdə tutulub. Rəqiblərin kimliyi yaxın günlərdə bəlli olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp