Keçmiş futbolçu və idman funksioneri Mişel Platini UEFA rəhbəri Aleksander Çeferini və FİFA prezidenti Canni İnfantinonu tənqid edib.

“Mən bir çox menecerlərlə tanışam, onları əvvəllər də tanıyırdım. Hər biri haqqında müəyyən fikirlər səsləndirə bilərəm. Lakin Çeferin və İnfantino heç kimdirlər, onlar yalnız pul haqqında düşünürlər. Yeni mənasız bir Çempionlar Liqası yaradıblar, oyunlaırn sayı artıb. İstərdim ki, futbolu futbol təcrübəsi olan insanlar, oyunu həqiqətən başa düşənlər idarə etsin.

Bu gün bu idman növü idarəçilərin və taktika ilə məşğul olan məşqçilərin əlindədir. Pianonu Motsara verdiyimiz kimi, topu da uşağa verməliyik. Məşqçilər indi yalnız oxlar və hərəkətlərlə dolu lövhədə sxematik rəsmləri necə çəkməyi bilirlər. Amma futbol oyundur, imkan vermək lazımdır ki, futbolçular sərbəst oynasınlar”, – deyə Platini “RMC Sport” kanalına müsahibəsində bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp