“Liverpul” klubunun sponsoru terrorçuları dəstəkləməkdə şübhəli bilinir.

Nyu-York məhkəməsinə təqdim edilən sənədlər Britaniyanın “Standard Chartered” bankının 2008-2013-cü illər arasında İrana qarşı sanksiyaları pozaraq dəyəri 100 milyard dollardan çox olan minlərlə əməliyyat həyata keçirdiyini iddia edir.

Müstəqil ekspert, ABŞ hökumətinin Hizbullah, Həmas, Əl-Qaidə və Taliban da daxil olmaqla terror qruplarını maliyyələşdirdiyinə inandığı şəxslər və şirkətlərlə 9,6 milyard dollarlıq əməliyyatlar müəyyən edib. Konkret olaraq, bankın, Hizbullah təşkilatının maliyyə rəhbəri Məhəmməd İbrahim Bazziyə məxsus Qambiya şirkəti üçün 73 əməliyyatı asanlaşdırdığı iddia edilir.

Bank iki dəfə – 2012 və 2019-cu illərdə İran və digər ölkələrə qarşı sanksiyaları pozduğunu təsdiq etsə də, terror təşkilatları üçün əməliyyatlar apardığını etiraf etməyib.

“Standard Chartered” “Liverpul”un titul sponsorudur. Tərəflər 2010-cu ildən əməkdaşlıq edir.

Shares: