“Səbail” futbolçusu Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla yeni – 2 illik müqavilə bağlanıb.

2022-ci ildən “dənizçilər”in formasını geyinən 24 yaşlı qapıçı ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.

Bakı təmsilçisi buna qədər Ağabala Ramazanov və Adil Nağıyevlə yolları ayırdığını, Yusif Nəbiyevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp