“Kəpəz”in müdafiəçisi Vurğun Hüseynov qərarını verməyib. O, karyerasını davam etdirmək istəmir, lakin bunun əksi də mümkündür.

Təcrübəli mərkəz müdafiəçisi bu barədə futbolinfo.az saytına açıqlamasında deyib: “Şəxsi qərarım karyeramı bitirməkdir. Amma “Kəpəz”də təcrübəli futbolçu kimi qala da bilərəm. Bunu zaman göstərəcək. Bir neçə günə hər şey dəqiq bilinəcək. Demək olar ki, son mövsümdə heç oynamadım. Komandanın içində oldum, kollektivin formalaşmağına kömək etdim. Yenə təcrübəli biri kimi komandanın içində ola bilərəm. Amma dəqiq deyil, yaxın vaxtda bilinəcək”.

Hüseynov gələcəkdə məşqçi olmaq niyyətindədir: “Futbolçu karyeramı bitirməli olsam, hansısa komandada məşqçiliyə başlayacağam. Çünki məşqçilik kurslarına qatılmaq üçün hardasa işləməliyəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp