PSJ iki futbolçusu barədə qərar verib. Uorren Zair-Emeri və Bredli Barkola milli komandanın düşərgəsinə buraxılmayacaq.

Futbolinfo.az xəbər verir ki, hər iki yarımmüdafiəçi Paris-2024 üçün Fransa millisinə çağırılıb. Amma klub onların Olimpiadada oynamasını istəmir.

Hər iki oyunçu ağır mövsüm keçirdiyi üçün yorğundur. Onlar Olimpiya Oyunlarında iştirak etsə, istirahətə vaxt qalmayacaq, yarışdan sonra isə klubun hazırlıqlarına vaxtında qoşula bilməyəcəklər. Məhz buna görə gənclər millisinin baş məşqçisi Tyerri Anriyə imtina qərarı çatdırılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp