Dieqo Maradonaya məxsus “Qızıl top” mükafatı (1986) Fransadakı “Aquttes” satış evində keçirilən hərracdan çıxarılıb. Buna səbəb Maradonanın ailə üzvlərinun kubokun 1989-cu ildə oğurlandığını iddia etməsi olub.

Bu yöndə araşdırma aparıldığı üçün Fransa məhkəməsi “Qızıl top”un satışını yasaqlayıb və mükafata həbs qoyub.

Hərrac bugünə planlaşdırılmışdı. Qiyməti milyonlarla dollarla dəyərləndirilən mükafatın idman tarixində ən yüksək qiymətə satıla biləcəyi iddia olunur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp