“Real” Luka Modriçlə yeni müqavilə imzalayıb. 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 illik uzadılıb.

Futbolinfo.az xəbər verir ki, məlumat hələ rəsmi deyil. Amma madridlilər bu həftə anlaşmanı açıqlamalıdır. Beləliklə, xorvatiyalı oyunçu 2024/2025 mövsümündə də İspaniya təmsilçisində oynayacaq.

Xatırladaq ki, Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 46 matçda iştirak edib, 2 qol vurub və 8 qolun ötürməsini verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp