Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Təmsilçimiz Qazaxıstan yığması ilə qarşılaşacaq.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Xatırladaq ki, qrupu lider kimi başa vuran millimiz 1/8 finalda Bolqarıstanı 3:1 hesabı ilə məğlub etmişdi. Ukrayna, İngiltərə, Yunanıstanla mübarizə apardığı A qrupundan lider kimi çıxan Qazaxıstan isə 1/8 finalda Sloveniyanı məğlubiyyətə uğradıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp