Milli komandamızın bütün üzvləri Macarıstana gedə bilməyb. Buna viza məsələlərindəki problemlər səbəb olub.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Macarıstanda iki yoxlama oyunu keçirəcək yığmamız Avstryaya yollanıb. Nümayəndə heyəti Vyanaya daha yaxın olan Sombatxey şəhərinə məhz Avstriyadan gedib. “Haladas SportKomplexum”da keçiriləcək qarşılaşmalara səfər üçün də Avstriya səfirliyinə müraciət olunub.

Problem vizalarla bağlıdır. Səfərə çıxarkən bəlli olub ki, iki jurnalist, bir “CBC Sport” operatoru, bir AFFA əməkdaşı və bir futbolçuya viza verilməyib. Səfirlik rəsmi sənəd verməkdən imtina etməyib, sadəcə, viza yubadılıb. Həmin şəxslərin qarşıdakı saatlarda adi reyslə səfərə çıxması mümkündür.

Qeyd edək ki, milli komandadan ayrı düşən futbolçu “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovdur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp