“Rolan Qarros” turnirində həm kişilərdə, həm də qadınlarda yarımfinal cütlükləri məlum olub.

Qadınların turnirində sensasiya baş verib. 17 yaşlı Mirra Andreyeva dünya reytinqinin iki nömrəsi Arina Sabalenka üzərində qələbə qazanıb.

Gənc tennisçinin yarımfinalda rəqibi Jasmin Paolini olacaq. İtalyan tennisçi hazırda dünya reytinqində 15-ci pillədədir. Qarşılaşma bu gün baş tutacaq. Digər yarımfinal oyununda turnirin son qalibi İqa Şvyonteklə Koko Qauf üz-üzə gələcək.

Kişilərin son ¼ final oyununda Aleksandr Zverev çətinlik çəkmədən Aleks De Minoru məğlub edib. Almaniyalı tennisçi hər 3 setdə qələbə qazanıb – 6:4, 7:6, 6:4.

Kişilərin yarımfinal oyunları sabah baş tutacaq. Zverevin rəqibi Kasper Ruud olacaq. Digər oyunda isə Alkarasla Sinner qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp