Andres İnyestanın, doğulduğu Albasete şəhərində heykəli ucaldılıb.

Tanınmış heykəltəraş Xavyer Morenonun yaratdığı abidə, yarımmüdafiəçinin 2010-cu ildə Cənubi Afrikada Niderlanda qarşı keçirilən dünya çempionatının finalında (1:0) İspaniya yığmasına qələbə qazandıran qolundan ilhamlanıb. Heykəl “Karlos Belmonte” stadionunun yaxınlığında quraşdırılıb.

Doğma şəhərinin səfiri olan 40 yaşlı futbolçu tədbirdə iştirak edə bilməsə də, təşəkkür videosu göndərib.

“Bu hadisə məni çox təsirləndirdi. Şəhərimə, ailəmə və karyeram boyunca mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. Keçmişimlə fəxr edirəm; mənim futbol səyahətim Albacetedə başlayıb. Bu, mənim üçün böyük şərəfdir.

Bu sənət əsəri mənim və futbolumuz üçün böyük məna kəsb edən bir məqamdan ilhamlanıb. Biz hamımız bu qolun sevincini bölüşdük və hamımız bu anın bir hissəsiyik”, – deyə dahi ispaniyalı futbolçu bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp