2024 Formula 1 mövsümü rekord sayda qran-priyə malikdir. Çempionatın sahibi olan “Liberty Media”nın baş icraçı direktoru Qreq Maffei, daha çox ölkənin yarışlara ev sahibliyi etməyə maraq göstərdiyini qeyd etsə də, qran-prilərin sayının artırılmayacağını bildirib.

“Biz bu il Çində gözəl yarış keçirdik və Cənub-Şərqi Asiyada böyük imkanlar görürük. Tailand, İndoneziya, Cənubi Koreya kimi ölkələr yarışlara maraq göstərir. Amma bütün bu yarışları keçirmək imkanımız yoxdur. Çünki çempionatı 24 qran-pridən ibarət təqvimlə məhdudlaşmışıq.

Hazırkı saziş qran-prilərin sayını 25-ə çatdırmağa imkan verir. Lakin mən hesab edirəm ki, biz 24 mərhələnin göstəricisini aşmayacağıq.

Eyni zamanda, biz tarixi traslar və yeni yarışlar arasında düzgün balans tapmağa çalışırıq. Hər kəs Formula 1 tədbirinə ev sahibliyi etmək istəyir və bu, bizim üçün yaxşı əlamətdir”, – deyə Maffei bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp