“Səbail” bu gün daha bir futbolçu ilə müqavilə bağlayacaq. 2021-ci ildən “dənizçilər”in formasını geyən Cabir Əmirli ilə anlaşma növbəti mövsüm üçün uzadılacaq.

Futbolinfo.az xəbər verir ki, 27 yaşlı cinah müdafiəçisi paytaxt təmsilçisində imza atan sonuncu yerli futbolçu olacaq. “Səbail” bundan sonra legioner transferlərinə diqqət ayırmaq niyyətindədir.

Əcnəbilərlə bağlı vəziyyət isə bir qədər qarışıqdır. 3 futbolçu (Madi Queta, Suleyman Alluş, David Qomis) istisna olmaqla, bütün legionerlərin müqavilə müddəti bitib. Ona görə də kimin qalıb, kimin gedəcəyi dəqiqləşməyib. Klub bəzi oyunçuların heyətdə qalmasında maraqlıdır, amma danışıqlar hələ də davam edir. Onlarla bağlı məsələ aydınlaşandan sonra heyətə cəlb ediləcək yenlər müəyyənləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp