İyunun 7-dən 9-dək Monrealda  keçiriləcək Formula 1 üzrə Kanada qran-prisinin bütün sessiyalarında yağış gözlənilir.

Əlverişsiz hava şəraiti bu gündən başlayacaq, cümə günü isə günortadan sonra güclü yağış ehtimalı var ki, bu da ikinci sərbəst yürüşlərə əngəl ola bilər. Şənbə günü də yağış yağacağı ehtimalı yüksəkdir. Bazar gününə gəlincə isə, günortadan sonra yağıntı ehtimalının artacağı gözlənilir.

Xatırladaq ki, 8 mərhələdən sonra çempionatda Maks Ferstappen liderdir:

1. Maks Ferstappen (Red Bull) – 169 xal.

2. Şarl Lekler (Ferrari) – 138.

3. Lando Norris (McLaren) – 113.

4. Karlos Sayns (Ferrari) – 108.

5. Serxio Peres (Red Bull) – 107.

6. Oskar Piastri (McLaren) – 71.

7. Corc Rassel (Mercedes) – 54.

8. Lyuis Həmilton (Mercedes) – 42.

9. Fernando Alonso (Aston Martin) – 33.

10. Yuki Tsunoda (“RB”) – 19.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp