“Səbail” daha bir futbolçusu Süleyman Əhmədovla müqavilənin müddətini uzadıb. 24 yaşlı müdafiəçi ilə birillik anlaşma əldə olunub.

Qeyd edək ki, Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev və Rüfət Abdullazadə ilə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

“Dənizçilər” Cabir Əmirli ilə də yeni müqavilə bağlayıb yerlilərlə bağlı məsələni yekunlaşdırmaq niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp