“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola MBA-da final seriyasının ilk oyunundan bir gün əvvəl “Boston Seltiks”in çalışdırıcısı Co Mazzulla ilə görüşüb. Xatırladaq ki, keltlər finalda “Dallas Maveriks”lə qarşılaşacaq. Mütəxəssislər Massaçusetsdən olan komandanın arenasında görüntülənib.

Boston komandasının baş məşqçisi Mazzulla hər zaman açıqlamalarında Qvardiolanın işindən ilhamlandığını qeyd edir.

“Mən “Mançester Siti”ni dərindən öyrənirəm. Qvardiolanı diqqətlə izləyirəm. Düşünürəm ki, o, idman növündən asılı olmayaraq, dünyanın ən yaxşı məşqçisidir. Onun işi mənə çox təsir edir”, – deyə Mazzulla bu ilin fevralında müsahiblərin birində bildirmişdi.

Xatırladaq ki, finals eriyasının ilk oyunu bu gecə, Bakı vaxtı ilə saat 4:30-da başlayacaq.

5ce760b3 470a 48b2 879b 4640be59d179 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp