Kosovoda keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq 18 yaşadək oğlan həndbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərinə yollanıb.

Futbolinfo.az xəbər verir ki, komanda burada təlim-məşq toplanışında iştirak edəcək.

Yığma hazırlıq prosesində yerli komanda ilə üç yoxlama matçı keçirəcək. İyunun 11-dək davam edəcək toplanışda 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun sərəncamında olacaq.

Millimizin iyulda Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub. Avropa çempionatının təsnifat mərhələsi avqustun 12-18-i aralığında Kosovoda gerçəkləşəcək.

Shares: