Fransa yığmasının hücumçusu Kilian Mbappe Lüksemburqla yoldaşlıq görüşündən sonra məhsuldar ötürmələrin sayına görə Zinəddin Zidan və Tyerri Anrini geridə qoyub.

Futbolinfo.az “Opta”ya istinadən xəbər verir ki, Mbappe qarşılaşma ərzində 2 məhsuldar ötürmə və bir qolla yadda qalıb.

Bir neçə gün öncə İspaniyanın “Real” klubuna transfer olunan hücumçu ötürmələrinin sayını 27-yə çatdırıb. Zidan və Anrinin isə hərəyə 26 ötürməsi var. Bu göstəricidə Antuan Qrizmann birincidir (30).

Fransa millisi iyunun 5-də Lüksemburqla keçirilən yoldaşlıq görüşündə 3:0 hesablı qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp