“Nitsa” Frank Hayseni Françesko Fariolinin boşaltdığı baş məşqçi postuna təyin etdiyini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ötən mövsüm komandaya başçılıq edən Françesko Farioli “Ayaks”a transfer olunduqdan sonra vakant olan baş məşqçi postuna Frank Hayse təyin olunub.

53 yaşlı çalışdırıcı 7 ildir çalışdığı Fransa 1-ci Liqa komandalarından biri olan “Lans”ı tərk edərək və yeni mövsümdə “Nitsa”nın rəhbəri olacaq.

“Nitsa” ötən mövsüm Fransa Liqa 1-i 55 xalla 5-ci pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp