David Volkov “Sabah”ı tərk edir. Son mövsümdə əsas heyətdə yerini itirən gürcü hücumçu seçim qarşısındadır.

Futbolinfo.az xəbər verir ki, “bayquşlar”dan yeni müqavilə təklifi almayan 29 yaşlı oyunçunun “Zirə”yə keçmək imkanı var. O, 2022-ci ilin yayında “Sabah”a məhz iki il çıxış etdiyi qəsəbə təmsilçisindən keçmişdi. Əvvəllər “Qəbələ”də də çıxış etmiş Volkov Polşa klublarından birindən aldığı təklifi dəyərləndirir. Transfer alınmasa, o, yenidən “Zirə”yə qayıdacaq.

“Zirə” Daviti gözləməklə kifayətlənmir. Qəsəbə təmsilçsi “Səbail”dən ayılan Aleksandr Ramalinqom və Volkov arasında seçim etməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp