“Kamp Nou” stadionunda sakinlərin şikayətləri səbəbindən iş saatları azaldılıb.
Ramon Nonat, Rako de Les Korts və Avenida de Çile rayonlarının sakinləri Barselona stadionunda aparılan təmir işləri zamanı yüksək səs-küydən şikayətləniblər. Onlarına iddialarına görə, klub keçən ilin aprelində razılaşdırılmış məhdudiyyətlərə əməl etmir.
Əgər əvvəllər iş gecə yarısına qədər aparıla bilərdisə, bundan sonra saat 22:00-da başa çatmalıdır. Bu, klub ilə yaxınlıqdakı ərazilərin sakinləri arasında bağlanmış yeni müqavilənin şərtləridir. Bu məhdudiyyət bazar ertəsindən cümə gününə qədər tətbiq olunacaq.
Bundan əlavə, iyunun 20-dək şənbə günləri, tərəflərin yeni tədbirlərə riayət olunmasını yoxlamaq üçün yeni görüş keçirəcəyi vaxta qədər iş qadağan ediləcək. Əgər qanun pozuntusu olmasa, o zaman hər ikinci şənbə günü iş görülməsinə icazə veriləcək.
Xatırladaq ki, bir müddət əvvəl klub prezidenti Joan Laporta “blauqrana”nın bu ilin dekabrında təmir edilmiş “Kamp Nou”da ilk oyununu keçirmək niyyətində olduğunu bildirmişdi. Ancaq yeni məhdudiyyətlər səbəbindən planlar dəyişə bilər.