İngiltərə Premyer Liqasında VAR sistemi ləğv olunmayacaq.
Futbolinfo.az “Sky Sport”a istinadən xəbər verir ki, bununla bağlı keçirilən iclasda klublar sistemin ləğv edilməsinin əleyhinə səs veriblər.
Daha əvvəl “Vulverhempton” klubu tərəfindən Premyer Liqaya videotəkrardan istifadənin ləğvi ilə bağlı rəsmi məktub göndərilmişdi.
VAR sistemi 2018-ci ildən etibarən futbol matçlarında tədbiq olunur.