“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Əlcəzair yığmasında növbəti oyununu keçirib. O, DÇ-2026-nın seçmə mərhələsində Qvineyaya qarşı keçirilən matçın iştirakçısı olub.
Meydana start heyətində çıxan Benzia 59-cu dəqiqədə Mohamed Amoura ilə əvəzlənib.
Görüş Qvineya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Məğlubiyyətdən sonra əvvəlki kimi 6 xalda qalan Benzianın komandası Qvineya ilə birlikdə qrupda ilk iki yeri bölüşür. Topların daha yaxşı fərqinə görə Əlcəzair yığması liderdir.