“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin yığmasında növbəti matçına çıxıb. O, DÇ-2026-nın seçmə mərhələsində Livana qarşı keçirilən oyunda iştirak edib.

Meydana start heyətində çıxan Caber 90 dəqiqə meydanda olub. Qətərin paytaxtı Dohada keçirilən görüş 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda Fələstin yığması 8 xalla İ qrupunda 2-ci pillədə qərarlaşıb. Son turun nəticəsindən asılı olmayaraq, Caberin komandası qrup ikincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Avstraliya millisi 15 xalla qrupda birinci, Livan 3 xalla üçüncü, Banqladeş isə 1 xalla dördüncüdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp