“Qarabağ” transfer pəncərəsi bağlanana kimi daha 3 futbolçusu ilə vidalaşa bilər. Adama Diakabi və Andrey Lunyovla müqaviləni yeniləməyən ağdamlılar əsas heyətə düşməyən oyunçularına da vida etməyə qərar verib.

Futbolinfo.az xəbər verir ki, Luka Quqeşaşvili komandadan ayrılmağa qərar verib. Gürcüstan millisinin qolkiperi daim oynayacağı komanda axtarışındadır. Onun müqaviləsi davam etsə də, sərbəst buraxılması üçün xahiş edib. Amma “Qarabağ” bu əlcək sahibi ilə vidalaşmaq üçün onun iki həmkarını tapmalıdır. Lunyovun gedişindən sonra komanda Amin Ramazanovun ümidinə qalıb. Luka yalnız “Qarabağ” 2 qapıçı tapacağı halda yola salınacaq.

Digər komandalarda icarədə olan oyunçularını geri qaytarmağı düşünməyən çempion, Redon Cica və Hamidu Keytanı da yola salmağı düşünür. Sonuncu ilə bağlı yekun qərar verilməyib, alban hücumçu isə mütləq göndəriləcək. Cicanın birdəfəlik yola salınması da mümkündür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp