“Qarabağ”ın futbolçusu Leandro Andrade karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Abola” nəşri məlumat yayıb.

Bildirilib ki, uzun müddətdir “Fənərbağça”nın maraq dairəsində olan 24 yaşlı yarımmüdafiəçi indi də əzəli rəqib “Beşiktaş”ın transfer gündəmindədir. Hətta Kabo Verde millisinin üzvünün meneceri ilə danışıq da olub. İlkin təmasın uğurlu keçdiyi, tərəflərin razılığa gəldiyi vurğulanır.

“Qarabağ” Andradeni satmaqdan imtina etsə, “Beşiktaş” müqavilədə yer alan sərbəst qalma bəndindən yararlanmağa çalışacaq. Hücumameyilli oyunçunun təzminat haqqı 4 milyon avrodur.

Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp