İtaliya millisinin və “Milan”nın keçmiş müdafiəçisi Alessandro Nestanın yeni iş yeri müəyyənləşib. 48 yaşlı mütəxəssis “Montsa”ya baş məşqçilik edəcək.

Futbolinfo.az xəbər verir ki, tərəflər artıq bütün detallarla bağlı razılığa gəliblər. Nesta bu vəzifədə “Fiorentina”ya gedən Rafaello Palladinonu əvəzləyib.

Qeyd edək ki, Nestanın son iş yeri İtaliyanın “Reggiana” klubu olub. O, bu yay komandadan ayrılıb.

Xatırladaq ki, “Montsa” A Seriyasının başa çatan mövsümündə 45 xalla 12-ci yeri tutub.

Shares: