MBA-da final seriyasına start verilib. İlk oyun Bostonda baş tutub. Çempionatda ən yaxşı nəticə göstərən “Seltiks” “Dallas Maveriks”dən üstün olduğuna şübhə yeri qoymayıb.

Artıq ilk perioddan meydan sahiblərinin üstünlüyü artmağa başlayıb. Böyük fasiləyə qədər isə fərq 21 xala qalxıb. 3-cü və 4-cü periodda qonaqların özünə gəlməsinin faydası olmayıb. “Boston Seltiks” 107:89 hesabı ilə qələbə qazanıb.

Görüşün ən məhsuldar oyunçusu qonaq komandanın lideri Luka Donçiç olub. Onun aktivində 30 xal və 10 ribaund var. Boston komandasında Ceylen Braun 22 xal toplayıb.

Seriyanın ikinci görüşü də Bostonda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp