Fransanın məşhur geyim şirkəti “Lacoste” uzun illərdir idman dünyasında qlobal səfiri olan Novak Cokoviçi dəstəkləyib.

Brendin rəsmi sosial media hesabında şirkətin talismanı olan timsahın sarğılı pəncə ilə çəkildiyi illüstrasiya peyda olub. Bu konsepsiya Serbiyadan olan qrafik dizayneri Miroslav Qraforidza tərəfindən yaradılıb.

“Nole, mümkün qədər tez və daha güclü qayıt”, –  deyə “Lacoste” şəkilə şərh də verib.

Xatırladaq ki, 24 qat “Böyük dəbilqə” çempionu “Rolan Qarros” turnirində sağ dizindən zədə alıb.

Shares: