Məşhur amerikalı aktrisa Zendaya investorlarından biri “Böyük dəbilqə” yarışlarının 20 qat çempionu, dünya reytinqinin keçmiş bir nömrəsi Rocer Federer olan İsveçrənin geyim və ayaqqabı brendi “On” ilə uzunmüddətli əməkdaşlığa başlayıb.

Qeyd olunur ki, brend növbəti bir neçə il ərzində yaradıcı kampaniyalar və məhsul kolleksiyası yeniləmələri ilə bağlı aktrisa ilə əməkdaşlıq edəcək. Zendaya müraciətində “On”un çoxdankı pərəstişkarı olduğunu etiraf edərək, indi də bu tərəfdaşlığın rəsmiləşdirməsinin vaxtının çatdığını bildirib.

Federer də kənarda qalmayaraq aktrisaya gülməli şəkillə cavab verib. “”On” ailəsinə xoş gəlmisiniz”, – deyə tennisçi fotoya başlıq əlavə edib.

Shares: