“Turan Tovuz”un albaniyalı hücumçusu Belajdi Pusi ölkəsinin milli komandasının bu gün yığmamıza qarşı keçirəcəyi yoldaşlıq görüşündən danışıb.

Futbolinfo.az-a açıqlama verən forvard Albaniyanın daha şanslı olduğunu bildirib.

O, bunu milli komandada olan futbolçuların təcrübəsinə bağlayıb: “Azərbaycan yığması yaxşı işlər görüb. Komanda inkişaf edir. Son oyunlarda da pis oynamadılar. Amma Albaniya bu gün təcrübəli oyunçulara sahibdir. Hansı ki, bu futbolçular Avropanın böyük çempionatlarında oynayır. Fikrimcə, çox yaxşı oyun olacaq. Ümid edirəm ki, azarkeşlər maraqlı qarşılaşma izləyəcəklər”.

Qeyd edək ki, Albaniya – Azərbaycan görüşü bu gün saat 21:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda keçiriləcək.

Shares: