Marko Arnautoviç milli komandalarda ən çox oyun keçirən futbolçuların sıralamasında Azərbaycan yığmasının sabiq kapitanı Rəşad Sadıqovu geridə qoyub.

Futbolinfo.az saytının məlumatına görə, hücumçu Avstriya millisinin heyətində Serbiya ilə yoldaşlıq görüşündə iştirak etməklə bunu reallaşdırıb.

Vyanadakı qarşılaşmada avstriyalılar 2:1 hesablı qələbə qazanıblar. Start heyətində meydana çıxan və fasilədən sonra əvəzlənən Arnautoviç Avstriya yığmasında 112-ci görüşünü geridə qoyub. Millimizin formasını ən çox geyinən Rəşad Sadıqovun isə aktivində 111 qarşılaşma var.

Bundan başqa, belçikalı Kevin de Bruyne və xorvatiyalı Mateo Kovaçiç 100-ə çatıblar. Hər ikisi millidə 100-cü görüşünü keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp