Azərbaycanın bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində bu gün mübarizəyə qoşulacaq.
Futbolinfo.az xəbər verir ki, 74 kq çəki dərəcəsində Turan Bayramov xalça üzərinə çıxacaq.
Ötən gün milli üzvlərindən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.