Bu gün Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Albaniya yığmasının təxmini “11-liy”i müəyyənləşib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Silvinyo qarşılaşmada şans verəcəyi oyunçuları seçib.
50 yaşlı braziliyalı çalışdırıcı 4-2-3-1 taktiki sxeminə üstünlük verəcək. Start heyətində çıxış edəcək 11 oyunçunun hamısı ölkə xaricində legioner həyatı yaşayanlardır. Onlardan 6-sı isə İtaliyada oynayır.
Albaniya millisinin təxmini “11-liy”i:
qapıçı – Etrat Berişa (“Empoli”, İtaliya);
müdafiəçilər – İvan Balliu (“Rayo Valekano”, İspaniya), Adrian İsmayli (“Empoli”, İtaliya), Berat Cimşiti (“Atalanta”, İtaliya), Mario Mitay (“Lokomotiv”, Rusiya);
yarımmüdafiəçilər – İlber Ramadani (“Leççe”, İtaliya), Nedim Bayrami (“Sassuolo”, İtaliya), Kristian Aslani (“İnter”, İtaliya);
hücumçular – Yasir Asani (“Kvancu”, Cənubi Koreya), Taulant Seferi (“Bani Yas”, BƏƏ), Armando Broja (“Fulhem”, İngiltərə).
Qeyd edək ki, Macarıstanın Sombatxey şəhərində keçiriləcək Albaniya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.