Növbəti mövsüm üçün baş məşqçi axtarışında olan “Neftçi” heyətindəki yerli futbolçuları qorumaq niyyətindədir.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “ağ qaralar” yarımmüdafiəçi Rəhman Hacıyevlə müqaviləni yeniləyib. Təcrübəli oyunçu ilə 2 illik sözləşməyə imza atılıb.

Qeyd edək ki, Rəhman Hacıyev 2015-ci ildə “Neftçi”yə keçib. O, müxtəlif vaxtlarda icarə əsasında “Keşlə” və “Şamaxı”da oynasa da, sonradan klubuna dönüb.

Shares: