2024/2025-ci illər mövsümünün transfer işlərini davam etdirən “Səbail” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Bu barədə klubun saytı məlumat yayıb.

Paytaxt təmsilçisi Cabir Əmirli ilə başa çatan müqavilənin müddətini artırıb. 27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Cabir ötən mövsüm “Səbail”in heyətində Premyer Liqada 14 oyunda (989 dəqiqə) meydana çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp