Beynəlxalq Avtomobil Federasiyası 2026-cı ildən qüvvəyə minəcək çempionatın yeni reqlamentinin təfərrüatlarını açıqlayıb.

Verilən məlumatlara görə, avtomobillərin ölçüləri və çəkisi dəyişəcək. Maşınlar daha qısa və dar olacaq. Bolidin çəkisi indiki modellərlə müqayisədə 30 kq azalacaq. Elektrik mühərrikinin gücünü əl ilə idarə etmək üçün yeni rejim sayəsində aktiv aerodinamika tətbiq olunacaq və ötmə imkanları genişləndiriləcək.

Reqlamentin texniki hissəsində ən mühüm dəyişikliklərdən biri güc qurğusundakı dəyişikliklərlə bağlıdır. Onların elektrik hissəsinin gücü bir neçə dəfə artmalıdır. Yeni mühərriklər ekoloji yanacaqla işləyəcək.

Yeni qaydalara əsasən, “Honda” mühərrik təchizatçısı kimi Formula 1-ə qayıdır, “Red Bull” “Ford” mühərriklərinə keçəcək, “Audi” isə zavod komandası kimi rəsmi olaraq Formula 1-ə daxil olacaq.

Shares: