Türkiyə I Liqasında pley-offa qədər irəliləməsinə baxmayaraq, Superliqaya vəsiqə qazana bilməyən “Kocaelispor”da uğursuzluğun günahkarı baş məşqçi Ərtuğrul Sağlam seçilib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, yerli KİV məhz Sağlamın qərarlarının komandanı pis duruma saldığını düşünür.

Onun ən böyük günahı kimi isə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transferi göstərilib: “İlin əvvəlində 1,5 illik müqavilə üçün 800 min avro ödənilən Ramil Şeydayevin transferini baş məşqçi özü istəmişdi. Bu isə böyük xəyal qırıqlığı oldu. Şeydayevi bəyənərək alınmasını istəyən baş məşqçinin növbəti mövsüm doğru qərarlar verəcəyinə şübhə etməmək olmur”.

Qeyd edək ki, Ramil Şeydayevin “Kocaelispor”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Shares: