Yarımmüdafiəçi Bahadur Həziyevlə bağlı “Şamaxı” FK ilə “Səbail” PFK arasında imzalanmış icarə müqaviləsinin müddəti başa çatıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Səbail” futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Bakı təmsilçisi bunadək Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayev və Vüqar Həsənovla yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Cabir Əmirli, Süleyman Əhmədovla müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.

Shares: