21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, U-21 Senec Məşq Mərkəzində Slovakiya yığması ilə qarşılaşıb.

Görüş rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində qolları 70-ci dəqiqədə Samir Abdullayev və 89-cu dəqiqədə Ağadadaş Salyanski vurublar.

Azərbaycan milli komandası iyunun 11-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp