İtaliyanın paytaxtı Romada atletika üzrə Avropa çempionatına start verilib.
İlk gündə 5 dəst medal oynanılıb. Yerli idmançılar ilk gündə azarkeşlərini sevindirərək bir neçə medal qazanıblar.
Qadınlar
5000 m
1. Nadia Battokletti (İtaliya) – 14:35.29
2. Karolin Qrevdal (Norveç) – 14:38,62
3. Marta Qarsiya (İspaniya) – 14:44.04
İdman yerişi, 20 km
1. Antonella Palmisano (İtaliya) – 1:28.09
2. Valentina Trapetti (İtaliya) – 1:28,37
3. Lyudmila Olyanovskaya (Ukrayna) – 1:28,48
Kürəatma
1. Cessica Şilder (Niderland) – 18,77
2. Jorinde van Klinken (Niderland) – 18,67
3. Yemisi Oqunleye (Almaniya) – 18,62
Kişilər
Diskatma
1. Kristian Çex (Sloveniya) – 68.08
2. Lukas Vaysşaydinger (Avstriya) – 67,70
3. Mikolas Alekna (Litva) – 67,48
4x400m qarışıq estafet
1. İrlandiya (Kristofer O’Donnell, Rasidat Adeleke, Tomas Barr, Şarlene Maudsley) – 3.09.92
2. İtaliya (Luka Sito, Anna Polinari, Edoardo Skotti, Aliş Mangione) – 3.10.69
3. Niderland (Limarvin Bonevasia, Lieke Klaver, Isaiah Klein Ikkink, Femke Bol) – 3.10.73
Əlavə edək ki, çempionatda ölkəmizi Nazim Babayev, Aleksis Kopello, Yekaterina Sarıyeva və Anna Skidan təmsil edir.