Tennis üzrə “Rolan Qarros” turnirində kişilərin yarımfinal oyunları başa çatıb. 4 saatdan artıq davam edən oyunda Yannik Sinnerlə Karlos Alkaras qarşılaşıb.

İlk setdə italyan tennisçi rahat qələbə qazanıb – 6:2. İkinci set isə Alkarasın xeyrinə başa çatıb – 6:3. 3-cü setdə ispan tennisçi qələbəyə daha yaxın görünsə də, Sinner özündə güc taparaq 6:3 hesabı ilə qalib gəlib. Bərabər səviyyədə keçən 4-cü setin sonunda Karlitos breyk edərək qalib gəlib. Həlledici set də onun xeyrinə başa çatıb – 6:3. Bununla da o, karyerasında ilk dəfə “Rolan Qarros”un finalına yüksəlib.

Digər yarımfinalda Aleksandr Zverev Kasper Ruudu məğlub edib – 2:6, 6:2, 6:4, 6:2. İlk setdən sonra mədəsində problemlər yaşayan norveçli tennisçi keçənilki uğurunu təkrarlaya bilməyib və yarımfinalda mübarizəni dayandırıb.

Xatırladaq ki, ötən il turnirin qalibi Novak Cokoviç olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp