Məşhur “Transfermarkt” portalı 2024-cü ilin iyun ayı yeniləməsinin nəticələrinə əsasən, İspaniya çempionatının ən çox dəyər qazanmış futbolçularının reytinqini dərc edib.
Lider Madrid “Real”ının vingeri Vinisius Junior olub. Onun transfer qiyməti 30 milyon avro artıb. Hazırda futbolçunun qiyməti 180 milyon avrodur.
Ötən mövsüm Vinisius “Real” ilə La Liqa və Çempionlar Liqasının qalibi olub. 23 yaşlı futbolçu bütün yarışlarda 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.
İkinci yerdə Madrid klubunun yarımmüdafiəçisi Federiko Valverdedir. Onun dəyəri 20 milyon avro artıb, üçüncü yerdə isə “Barselona”nın cinah oyunçusu Lamin Yamal (+15 milyon) qərarlaşıb.
La Liqanın ən çox bahalaşan 10 futbolçusu:
Vinisius Junior (Real Madrid, 180 (+30) milyon avro).
Federiko Valverde (Real Madrid, 120 (+20) milyon).
Lamin Yamal (Barselona, 90 (+15) milyon).
Aleks Baena (“Vilyarreal”, 40 (+15) milyon).
Kristian Mosquera (Valensiya, 30 (+15) milyon).
Arda Gülər (Real Madrid, 30 (+15) milyon).
Fermin Lopez (Barselona, 30 (+15) milyon).
Conni Kardozo (Betis, 25 (+15) milyon).
Rodriqo Qoes (Real Madrid, 110 (+10) milyon).
Aurelien Çuameni (Real Madrid, 100 (+10) milyon).