Yarımmüdafiəçi Rafael Məhərrəmli ilə “Səbail” PFK arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu onu heyətində saxlamağa ehtiyac duymayıb.

Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Səbail” daha öncə Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyevlə də vidalaşmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp