Tennis üzrə “Rolan Qarros” turnirinə yekun vurulub. Kişilərin mübarizəsində həlledici oyunda Aleksandr Zverevlə Karlos Alkaras qarşılaşıb.
İlk set ispan tennisçinin qələbəsi ilə başa çatıb – 6:3. İkinci setdə almaniyalı Zverev daha yaxşı oynayıb. O, seti 6:2 hesabı ilə tamamlayıb. 3-cü setdə öndə olmasına baxmayaraq, Alkaras üstünlüyü əldən verib və hesabda geriyə düşüb – 5:7. 4-cü setdə 3 dəfə breyk edərək ispan tennisçi yenidən tarazlığı bərpa edib. Həlledici setdə isə o, rəqibinə aman verməyərək 6:2 hesabı ilə qələbə qazanıb.
Bununla da Karlos Alkaras karyerasında 3-cü dəfə “Böyük dəbilqə”ni qazanıb.